İsveç XİN rəhbəri: "Bu gün 1915 yox, 2015-ci il haqda düşünmək lazımdır"
25 Mart 2010 16:06
Milli.Az xəbər portalının məlumatına görə, bunu İsveçin xarici işlər naziri Karl Bildt Türkiyənin NTV telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, bu, 2011-ci ildə baş verə bilər. "100 il əvvəl baş vermiş hadisə ilə bağlı siyasi qərarın qəbulu düzgün deyil. Bu gün 1915-ci yox, Türkiyənin Avropa İttifaqının tamhüquqlu üzvü ola biləcəyi 2015-ci il haqda düşünmək lazımdır", - deyə nazir qeyd edib.
Bildt İsveçin Türkiyə üçün daim dost ölkə olduğunu da bildirib.
Xatırladaq ki, bu il martın 11-də İsveç parlamentində "erməni soyqırımı"nın tanınmasına dair qətnamə 1 səs çoxluğu ilə qəbul edilib. Bu, iki ölkə arasında münasibətlərə ciddi zərbə vurub və Ankara İsveçdəki səfirini geri çağırıb.
Milli.Az