Avtobusdan yıxılan qadın dünyasını dəyişdi
28 İyul 2011 14:59
Milli.Az xəbər portalı Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 23-də Sumqayıt şəhəri ərazisində şəhər sakini Tənzilə Səlimova Quba şəhər sakini Vüqar Ələkbərovun idarə etdiyi "İkarus" markalı avtobusdan düşərkən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş T.Səlimovanın xəsarətləri ağır olduğundan həkimlər onu cəmi 4 gün həyatda saxlaya biliblər. Yaralı qadın iyul ayının 27-də xəstəxanada dünyasını dəyişib.
Milli.Az