Sərtap Ərənər Bakıya gələcək

25 Mart 2010 15:21
Təşkilat komitəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, müğənninin bu səfəri konsert proqramı xarakteri daşımır. Sənətçi burada yenicə açılan "Privenuftia" adlı gəlin geyimləri butikində qonaq olacaq.

Qeyd edək ki, bu marka Türkiyədə məşhurdur və Sərtap Ərənər bir il həmin brendin siması olub. Bu səbəbdən onun Bakıya dəvət olunması da təsadüfi deyil.

Öyrəndik ki, türkiyəli sənətçinin səfərinin tarixi yaxın bir həftə ərzində  bəlli olacaq. Amma səfərin baş tutmaması üçün heç bir maneə  yoxdur. 

"Onunla danışıqlar aparılıb və razılıq əldə olunub. Sərtap xanımla bağlı maraqlı proqram  düşünmüşük. Burada onun həmin markanın geyimləri ilə podiuma çıxması və digər yeniliklər daxildir" - deyə təşkilatçı tərəf bildirdi.

Xatırladaq ki, S.Ərənər 2003-cü ildə "Eurovision" mahnı müsabiqəsinin qalibi olub.

Xədicə
Milli.Az