Şimali Koreya artıq nüvə dövlətidir - Diktatura statusunu dəyişdi - VİDEO - FOTO

1 Dekabr 2017 11:39

Dünyanın ən qapalı ölkələrindən biri, diktaturanın hakimiyyətdə olduğu Şimali Koreya Xalq-Demokratik Respublikası "Hvasonq-15" qitələrarası ballistik raketini uğurla sınayandan sonra statusunu dəyişib.

Milli.Az CNBS-yə istinadən bildirir ki, Şimali Koreya artıq nüvə silahına malik dövlətlər sırasındadır, "nüvə klubu"na qoşulub.

Rəsmi Pxenyan "Hvasonq-16" raketinin sınaqları ilə bağlı yeni fotoları yayıb.

Noyabrın 28-də "Hvasonq-15" qitələrarası ballistik raketi sınanıb. 4475 metr yüksəlikyə qalxan raket 950 km məsafəni 53 dəqiqəyə qət edərək Yaponiyanın ərazi sularına düşüb.

"Hvasonq-15" Şimali Koreyanın iyulda uğurla sınadığı "Hvasonq-14" raketinin təkmilləşdirilmiş variantıdır.

Yeni raketin buraxılması üçün mobil sistemdən istifadə olunur.

Ekspertlərin dediklərinə görə, start panelinə raketi aparan ağırtonnajlı yük avtomobili Çindən alınıb və Şimali Koreya həmin buraxılış sistemini sonradan təkmilləşdirib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şimali Koreya artıq nüvə dövlətidir - diktatura statusunu dəyişdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin