"Toyota" avtomobilləri geri çağırıb

30 Noyabr 2017 23:23

"Toyota Motor" şirkəti Rusiyada 9,3 mindən çox "Hilux" avtomobilini geri çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu qərar avtomobillərin təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2011-ci ilin sentyabrından 2014-cü ilin noyabrınadək Rusiyada satılmış pikap modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin