İslam alimlərinin əksəriyyəti baxımından siqaret çəkmək günah sayılmasa da, bəyənilən əməl hesab edilmir. Çünki siqaret çəkməyin heç bir xeyri yoxdur, əksinə, həm tibbi, həm də maddi baxımdan zərərlidir. Bəzi alimlər bu ziyanları nəzərə alaraq, siqaret çəkməyi mütləq mənada haram və günah hesab edirlər.
Milli.Az ixlas.az-a istinadən bildirir ki, əksər alimlər bu fikri bölüşmür, bununla yanaşı qeyd edirlər ki, əgər siqaret çəkmək insanın sağlamlığına bilavasitə ciddi ziyan vurursa, haramdır. Beləliklə, siqarettin hökmü insanlara münasibətdə dəyişir. Kimin sağlamlığı bundan ciddi ziyan görürsə, siqareti tərgitməlidir. Kimin orqanizminə siqaretin təsiri adi həddi aşmırsa, onun siqaret çəkməsi haram deyil, amma bəyənilən iş də deyil.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin