Xorvatiyalı general Slobodan Praljaka keçmiş Yuqoslaviya Beynəlxalq Cəza Məhkəməsinin qərarı ilə 20 il azadlıqdan məhrum edilib.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, qərar açıqlandıqdan sonra Praljak zəhər içdiyi üçün proses dərhal sona çatdırılıb.
Müharibə zamanı Bosniya və Herseqovinanın Xorvatiya Müdafiə Şurasının (HVO) rəhbəri Jadranko Prlic 25 , digər 5 xorvatiyalı yüksək rütbəli hərbçi - Bruno Stojic, HVO komandanları Slobodan Praljak ilə Milivoj Petkovic 20 il, Valentin Coric 16, əsir dəyişdirməkdə cavabdeh Berislav Pusic isə 10 il azadlıqdan məhrum edilib.
Pralijakın Bosniya müharibəsi zamanı işgəncə və zorlama kimi cinayətlərdə adı hallanırdı.
Təhməz Təkin
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: