«Neftçi» azarkeşlərdən dəstək istədi - FOTO

25 Mart 2010 14:21
Milli.Az xəbər verir ki, tədbirə vitse-prezident Tahir Süleymanov, Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Elnur Əşrəfoğlu və digər rəsmilər qatılıb.

Klub prezidenti Sadıq Sadıqovun bayram təbrikini azarkeşlərə çatdıran rəsmilər, fanatlardan martın 27-də keçiriləcək "Xəzər Lənkəran"la oyunda, həmçinin növbəti görüşlərdə də komandanı həmişə olduğu kimi dəstəkləməyi xahiş ediblər.

"Ağ-qaralar"a könül vermiş bir çox tərəfdarın qatıldığı görüşdə fanatlara "Neftçi"nin 70 illiyinə həsr edilmiş "Unudulmayan keçmiş" kitabı hədiyyə edilib. Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

Milli.Az