Sevda Ələkbərzadə növbəti festivala hazırlaşır

25 Mart 2010 13:59
Milli.Az xəbər protalının məlumatına görə, müğənni martın 27-də Fransanın Marsel şəhərində keçiriləcək "Babel Med Music" dünya festivalında iştirak edəcək. Müğənninin sözlərinə görə, festivalda 3 gün ərzində dünyanın bütün ölkələrindən olan peşəkar musiqiçilərin çıxışı gözlənilir. Sevda Ələkbərzadə bu dəfə də Azərbaycanı layiqincə təmsil edəcəyinə əmin olduğunu bildirib.

Günay
Milli.Az