Ərdoğan: «Ermənilər Qarabağı boşaltsın, biz də sərhədləri açaq»
25 Mart 2010 13:48
Milli.Az xəbər portalının məlumatına görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Almaniyanın "Die Zeit" nəşrinə müsahibəsində bəyan edib. "Biz sərhədləri ermənilərin azərbaycanlı qardaşlarımıza hücumu və Dağlıq Qarabağı işğal etdikləri üçün bağlamışıq. BMT də Ermənistanın bu addımını işğal sayır. Nə vaxt ki ermənilər həmin əraziləri boşaldacaq, biz də sərhədləri açacağıq", - deyə Ərdoğan bildirib.
Milli.Az