ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində, "Planet Hollywood" kazino-otelində "Miss Universe 2017" gözəllik müsabiqəsi başa çatıb.
Milli.Az Associated Press-ə istinadən bildirir ki, dünyaca məşhur teleaparıcı Stiv Harvinin "moderator" olduğu şouda müsabiqənin qalibləri bəlli olub.
Əsas mükafat və "Miss Kainat" titulu Cənubi Afrika Respublikasını təmsil edən 22 yaşlı Demi-Li Nel-Pitersə verilib. O, tacı "Miss Kainat-2016" titulunun sahibəsi, fransız Ayris Mittenardan alıb.
Kolumbiyalı Laura Qonsales 2-ci, yamaykalı Davina Bennett 3-cü yeri tutub.
Bu il "Miss Universe" gözəllik müsabiqəsinə 92 ölkəni təmsil edən xanımlar qatılmışdılar. Sözügedən rəqəm şounun tarixində rekord sayılır.
Demi-Liyə mükafat qismində gələn il yeni "Kainat gözəli" seçilənədək 12 ay ərzində yüksək maaş, Nyu-Yorkda lüks mənzil, avtomobil və s. verilib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin