"Amazon"un görünməyən üzü: burada insanı məhv edirlər - VİDEO - FOTO

27 Noyabr 2017 11:29

Oturduqları, dayandıqları yerdə yatırlar. Bəzən də elə olur ki, halları pisləşir, özlərini çox pis hiss edirlər və bu səbəbdən çağırılan təcili yardımla hospitala aparılırlar.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, onlar dünyanın ən böyük onlayn-ticarət platforması olan "Amazon"un İngiltərədəki Tilberi mərkəzi anbarında çalışanlardır.

Burada işləyənlərin dediklərinə görə, vəziyyət çox kritikdir.

"İş həftəmiz ən azı 55 saat olur. Yorğunluqdan ayaq üstə dayana bilmirik. Özümüzü çox yorğun hiss edirik. Üstəlik, ən kiçik səhvə, nöqsana görə ağır cəzalanır, böyük cərimələrə məruz qalırıq", - "Amazon"un işçilərindən biri deyib.

Tilberidəki anbarda çalışanlar saatda 300 əşyanı yerbəyer etməlidir. 11 futbol meydanı boyda olan anbarda az qala hər qarış videomüşahidə kameralarının nəzarətindədir.

Sunday Mirror qəzetinin reportyoru bu anbara işə düzəlib və beş həftə çalışıb. O, əməkdaşların dediklərini təsdiqləyir.

"Amazon"un İtaliya və Almaniyadakı anbarlarında, mərkəzlərində çalışanlar da dözülməz iş şəraitindən, maaşların azlığından şikayətlənirlər.

Onlar etiraz tətilləri də keçiriblər.

"Dostlarım soruşur ki, "Amazon"un Tilberidəki anbarında niyə insanlar çox qalmır, bir müddət işləyəndən sonra gedirlər. Səbəb sadədir. Çünki burada insanları öldürürlər. Dostlarım mənə canlı ölü kimi baxırlar, çox yorğun oluram", - Tilberidə çalışanlardan biri deyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin