Tsiskaridzedən master-klas - FOTO

26 Noyabr 2017 00:14

A.Y. Vaqanova adına Rus Balet Akademiyasının elmi-şurasının sədri və rektoru, Rusiyanın xalq artisti Nikolay Maksimoviç Tsiskaridze Milli Gimnastika Arenasında qonaq olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkəmizə ilk dəfə səfər etmiş dünyaca məşhur baletmeystr bədii gimnastika üzrə yığma komandanın üzvləri ilə görüşərək, onlara klassik baletin ən incə məqamlarını izah edib. Gimnastlarımız əsl sənətkardan dərs almağın həyəcan və sevinc hisslərini eyni anda yaşayıblar.

Ustad dərslərində yaxından iştirak edən gimnastika növləri üzrə yığma komandalarımızın xoreoqraflarının suallarına səmimiyyətlə cavab verən Tsiskaridze, sonda bütün komanda heyəti ilə xatirə şəkilləri çəkdirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin