Namazın sonunda 3 salam verilir. Bu salamların mənası və ünvanı barədə fərqli fikirlər vardır. Birinci salam, mətnindən də göründüyü kimi, Həzrət Mühəmməd Peyğəmbərə (s) ünvanlanıb.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bundan sonra bəndə özünə və digər saleh bəndələrə salam verir. Saleh bəndələrə peyğəmbərlər, imamlar, övliyalar, mömin müsəlmanlar, mələklər və mömin cinlər aiddir. Namazı bitirən şəxs Allahın əzabından qurtulmaq vədini alır, buna görə də onun özünə salam (salamatlıq, əmin-amanlıq) diləməsi təbiidir. Üşüncü salamın isə insanın əməllərini yazan mələklərə yaxud bütün mələklərə verildiyi ehtimal edilir. Bir nəzəriyyəyə görə, üçüncü salam Allahın dilindəndir, bəndə bu salamı Allahdan nəql edir.
Hədislərdə salamın irfani mənasına da işarə edilib. İbadət zamanı bəndə bütün aləmdən ayrılmalı və yalnız Allaha sarı yönəlməlidir. İbadətin ən üstün halı səcdədir. Bəndə sonuncu rükətin səcdəsindən qalxdıqdan sonra sanki ilahi aləmdən ayrılır və dünyaya qayıdır. Burada dinin şüarı olan kəlmeyi-şəhadəti təşəhhüddə dilə gətirir. Daha sonra salamları deyir. İnsanlarla ünsiyyəti salamla başlamaq lazımdır. Ona görə bəndə ilahi aləmdən bəşəri aləmə qayıdışını salamla başlayır.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin