Ançelotti həyatının ən yaxşı təklifini rədd etdi

25 Noyabr 2017 11:18

Səudiyyə Ərəbistanı yığma komandası holland baş məşqçi Berta van Maarveykanın rəhbərliyi altında DÇ-2018-də çıxış etməyə vəsiqə qazandı. Lakin mütəxəssis Ərəbistanda daimi olaraq yaşamaqdan imtina etdiyi üçün vəzifəsindən azad edildi.

Holland məşqçi komandada argentinalı Edqardo Bauzanın yerinə təyinat almışdı.

Milli.Az xəbər verir ki, hazırda Səudiyya Ərəbistanı futbol assosiyasiyası baş məşqçi postuna dünyaca məşhur Karlo Ançelottini gətirmək istəyir.

Lakin Madiaset Premium-un yaydığı məlimata görə, "Milan", "Real Madrid", "Çelsi", PSJ və "Bavariya" kimi klublara rəhbərlik etmiş məşqçi Ərəbistana getməyi düşünmür. Halbuki, ona maliyyə baxımından həyatının ən yaxşı təkliflərindən birini ediblər.

Qeyd edək ki, bir müddət öncə Ançelotti vətəni İtaliya millisinin sükanı arxasına keçməkdəndə imtina etmişdi.

Adil Nəcəfov
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində