"Zirə"də ciddi itki: Əməliyyat olundu

24 Noyabr 2017 16:24

Topaz Premyer Liqanın 13-cü turunda "Qarabağ"ı qəbul edəcək "Zirə" oyuna ciddi itki ilə çıxacaq.

Milli.Az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlunun qol.az-a verdiyi məlumata görə, komandanın əsas üzvü Qabriel Matey dizindən əməliyyat olunub.

Ölkəsi Rumıniyada əməliyya olunan müdafiəçi 45 gün bərpa prosesi keçməlidir. Bu isə o deməkdir ki, Matey qış fasiləsindən sonra "Zirə"yə kömək edə bilər.

Qeyd edək ki,  "Zirə"nin qapıçısı Anar Nəzirov da əməliyyat olunub. O da qış fasiləsindən sonra sıraya dönəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində