Azərbaycanda sekyuritizasiya haqqında qanun hazırlanır

24 Noyabr 2017 15:42

"2018-ci ildə Azərbaycanda sekyuritizasiya haqqında qanun qəbul olunacaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu II Bank forumu zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının hüquq təminatı idarəsinin rəisi Nurlan Babayev deyib.

Qeyd edək ki, sekyuritizasiya aktivlərlə təmin olunan qiymətli kağızların buraxılışı yolu ilə maliyyələşdirmənin cəlb edilməsinin formalarından biridir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində