"Ayə, harayə gedirsən, ayə?" oxudu, məşhur oldu - VİDEO

24 Noyabr 2017 09:39

AzTV-nin efirində yayımlanan Müasir Azərbaycan Gəncliyi (MAG) verilişinə qonaq olan Vüsal Rzasoyun ifası sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, gənc musiqiçi proqramda "Ayə, haraya gedirsən, ayə?" mahnısını gitara ilə oxumağa başlayıb. 

Eyni zamanda, Pantomima Teatrında çalışan Rzasoyun qeyri-adi ifası studiyada əyləşən qonaq və aparıcının təəccübünə səbəb olub.

Qeyd edək ki, bu ifası ilə əlaqədar olaraq AzTV verilişi yayımlamaqdan imtina edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

AzTV-də

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində