Küçədə gəzdiyi yerləri tozsoranla təmizlətdi - FOTOLAR

23 Noyabr 2017 19:12

Hollivud ulduzu Koko Ausitin qızı ilə Nyu-York küçələrində görüntülənib. 

Milli.Az axşam.az-a isitnadən xəbər verir ki, 38 yaşlı model-aktrisa gəzdiyi yerləri köməkçilərinə tozsoranla təmizlədib.

Bəziləri bunu sosial şəbəkədə "ulduz xəstəliyinin zirvəsi" adlandırsalar da, bir qisim istifadəçi inanmaq istəməyərək tozsoran markasının reklamı ola biləcəyini düşünüb.

Milli.Az