Partlayışda 15 üsyançı öldü

18 Dekabr 2014 22:25
Yəmənin qərbində törədilmiş iki partlayış nəticəsində 15 husi üsyançısı ölüb, daha 10 nəfəri isə yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, iki avtomobil terrorçu-kamikadzelər tərəfindən Husi hərəkatının Xodeyda liman şəhərindəki mənzil-qərargahının yaxınlığında partladılıb.

Partlayışdan dərhal sonra üzərilərində partlayıcı qurğu olan bir neçə terrorçu-kamikadze husilərin mənzil-qərargahına soxulmağa cəhd edib. Lakin, hücum edən şəxslər husilər tərəfindən məhv edilib.

Qeyd edək ki, hücuma görə məsuliyyəti öz üzərinə "Əl Qaidə" ilə əlaqəli "Ənsar əş-Şəriə" terror qruplaşması öz üzərinə götürüb.

Milli.Az