Balotelli niyə İbrahimoviçə bənzəmək istəyir?

18 Dekabr 2014 22:54
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "İnter"in baş məşqçisi Roberto Mançini Mario Balotellini Zlatan İbrahimoviçin səviyyəsinə çatmasını arzulayır.

Milli.Az apasport.az-a istinadən bildirir ki, təcrübəli mütəxəssis 24 yaşlı hücumçunun daha ciddi çalışmasını istəyir.

Həm "İnter", həm də "Mançester Siti"də onun rəhbərliyi altında çıxış edən Balotelli haqda Roberto bunları dilə gətirib: "Balotelli İbrahimoviçdən köçürmək istəyir. Amma isveçli futbolçu illərin təcrübəsidi. Mario hələ çox çalışmalıdı. Arzu edirəm ki, o Zlatan kimi oyunçu olsun".

Milli.Az