Müsəlman kişiyə arvadı ilə intim əlaqə qadağan edildi

18 Dekabr 2014 23:01

London qəyyumluq məhkəməsi müsəlmana əqli cəhətdən geridə qalmış arvadı ilə intim münasibətdə olmağı qadağan edib.

Milli.Az modern.az-a istinadən bildirir ki, məhkəmənin qərarına görə, əqli inkişafı 4-7 yaş arasında uşaq səviyyəsində olan 39 yaşlı qadın qərar qəbul etmək iqtidarında deyil. Hakim Castisa Mostinanın sözlərinə görə, 4 uşaq anası intim münasibətlə hamiləlik arasında heç bir ılaqə olduğunu bilmir: "O, intim münasibətdə xoş anlar tapıramma ağlına belə gəlmir ki, imtina etmək seçimi də mövcuddur", - deyə Mostina bildirib.

Hakimin sözlərinə görə, Banqladeşdən olan əri hesab edir ki, onun arvadından intim əlaqə tələb etmək haqqı var, qadın ona tabe olmalıdır.
 

Milli.Az