"Liverpul"dan cinsi azlıqlara dəstək

21 Noyabr 2017 19:36

"Liverpul" klubu cinsi azlıqlara dəstək aksiyasına qoşulub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu səbəbdən "qırmızılar" Premyer Liqanın 13-cü turunda "Çelsi" ilə prinsipial oyuna LGBT rəmzi olan göy qurşağının rəngində sarğı ilə çıxacaq. Künc bayraqları da analoji rənglərdə olacaq. Oyun noyabrın 25-i Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Aşağı dəstə təmsilçiləri də daxil olmaqla Britaniya klublarının qeyri-ənənəvi cinsi orientasiyaya malik insanlara dəstək çərçivəsində "Rainbow Leces" aksiyasına qoşulması planlaşdırılır. Bu aksiya 25 noyabr - 3 dekabr aralığında baş tutacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində