“Real”ın təklifi: lotereya ilə seçilsin

20 Noyabr 2017 09:29

"Real" İspaniya çempionatının oyunlarına hakim təyinatı ilə bağlı yeni təklif irəli sürüb.

Milli.Az komanda.az xəbər verir ki, "kral klubu" hakimlərin lotereya vasitəsilə təyin olunmasını təklif edir. Hazırda İspaniya çempionatında qarşılaşmalara referilər Hakimlər Komitəsi tərəfindən təyin olunur.

Bundan əlavə, "Real" tələb edir ki, hakimlərin qiyməti və protokol qeydləri də ictimaiyyətə açıqlansın. "Kral klubu"nun rəhbərliyi hesab edir ki, bu addım hakimlərin işini daha keyfiyyətli edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində