Abşeronda xəstəxanada FACİƏ: əkizlər öldü, ana komaya düşdü - FOTO

20 Noyabr 2017 09:20

Abşeronda xəstəxanada doğuş zamanı əkizlər ölüb, ana komaya düşüb

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, xəstəxananın doğum şöbəsində Aytac adlı qadın qeysəriyyə yolu ilə doğuş edən zaman əkizlər dünyasını dəyişib. Nəticədə qadın komaya düşüb.

"Report"un çəkiliş qrupu hadisənin baş verdiyi xəstəxanada olub. Lakin xəstəxananın növbətçi həkimi sullara cavab vermək əvəzinə, qapını bağlayaraq, çəkiliş qrupunu uzaqlaşdırmağa çalışıb.

Dünyasını dəyişən əkizlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində