Bakıda yaşayış binasında YANĞIN - 23 nəfər təxliyə edildi

18 Noyabr 2017 18:51

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Yasamal rayonunda baş verib.
 
Binanın 7-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 8 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı 23 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
 
Mənzillər yanğından mühafizə olunub.

Milli.Az