Dünya mediası iranlı uşağın qız dostuna hərəkətindən yazır - VİDEO - FOTO

18 Noyabr 2017 11:51

Noyabr ayının 12-də İran-İraq sərhədində baş verən, 500 nəfərdən çox insanın ölümü ilə nəticələnən zəlzələdən sonra sosial şəbəkədə zərərçəkənlərə pulsuz yemək paylanması ilə bağlı videolar yayılıb. Videoda azyaşlı uşağın qız dostu üçün ərzaq paylayanlardan yemək istəməsi əks olunub.

Milli.Az bildirir ki, video "Dailymail", "The Sun" kimi məşhur saytlarda paylaşılıb, insanlara pulsuz yemək paylanması və uşağın hərəkəti bəyənilib. Lakin videonun zəlzələdən əvvəl lentə alındığı məlum olub.

Belə ki, BBC-nin verdiyi məlumata görə, kadrlar Aşura mərasimi zamanı Tehranda çəkilib.

BBC bunu videodakı şəxslərin qara rəngli paltar geyinməsi, onların Tehran ləhcəsində danışması və ətrafda dağıntıların olmaması ilə sübut edib.

Milli.Az sözügedən videonu təqdim edir:

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dünya mediası İranlı uşağın qız dostuna hərəkətindən yazır