"Tıq-tıq xanım" "Azəri Top Model"də oxudu - FOTOSESSİYA

26 İyul 2011 17:05
Dünən 15 model xanımın iştirakı ilə "Azəri Top Model" müsabiqəsi keçirildi. Milli.Az xəbər portalının məlumatına görə, layihənin ideya müəllifi, əməkdar artist Firdovsi Atakişiyevin aparıcılığı ilə gerçəkləşən müsabiqədə ilk əvvəl 15 model xanım podiuma təşrif buyuraraq, dünya şöhrətli modelyerlərin geyim kolleksiyalarını nümayiş etdirdilər. İnstrumental musiqinin müşayiəti ilə podiuma bir-bir çıxan model xanımlar onlar üçün ayrılan yerdə durdular.

Nəzərinizə çatdıraq ki, geyimləri "Debenhams" geyim mağazası təqdim edib.

Daha sonra aparıcı müsabiqə iştirakçılarının SMS nömrələrini açıqlayaraq, tamaşaçıları ən yaxşı modeli seçməyə səslədi.

Bundan başqa, F.Atakişiyev münsiflər heyətini təqdim etdi. Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, "Pasaj" jurnalının baş redaktoru Nərminə Ağası, stilist Syama, geyim üzrə stilist Aygün Əliyeva, müğənni və model Züleyxa Akçurina, o cümlədən budəfəki verilişdə müğənni Sevda Yəhyayeva və "Kompus" şirkətinin rəhbəri Yevgeni Dudçenko münsiflər heyətini təmsil edirdilər.

Verilişdə müğənni Murad SadıqSevda Yəhyayeva qonaq qismində iştirak edərək, öz repertuarlarında yer alan mahnıları ifa etdilər.

Onu da qeyd edək ki, özündə əlvan rəngləri əks etdirən paltarla "Azəri Top Model" tamaşaçılarının qarşısında çıxış edən Sevda "Tıq-tıq xanım" cizgi filminin saundtrekini yeni aranjmanda oxudu. Sevda bu mahnı və geyimi ilə əsl Tıq-tıq xanım obrazını yaratdı.

Nəzərinizə çatdıraq ki, dünənki verilişdə yenilik oldu. Belə ki, bundan sonra "Azəri Top Model" müsabiqəsində DJ China modellərə və verilişin müəyyən məqamalarına uyğun musiqilər səsləndirəcək.

Müsabiqənin sonunda həftə boyu model xanımların fotoqraf Vüsal Verdiyevin hazırladığı fotosessiyası təqdim olundu. Fotosessiyalar "Home life" mebel mağazasında çəkilib. Bundan başqa, modellər "Kompus" şirkətinin yeni mağazasının açılışında da iştirak edərək, orada neon effektli işıqların təsiri altında çəkdirdikləri şəkillər də tamaşaçılara nümayiş olundu.

Münsiflər heyəti Ləman Əlizadənin şəklini bəyənərək, onu digər model xanımların şəkillərindən üstün bildilər.

Daha sonra aparıcı SMS nəticələrini açıqladı. Belə ki, həftənin birincisi model Elvira Rüstəmova, ikincisi Diana Eyyubova və üçüncüsü Gülnar Əbilova oldu. Müsabiqəni tərk edən isə Qərənfil Nəzərova oldu. Münsiflər model Qərənfil Nəzərovanın müsabiqəni tərk etməsinə heç də təəssüflənmədilər.

Ümumiyyətlə, veriliş zamanı aparıcı Firdovsi Atakişiyev zarafatlarıyla qonaqların marağına səbəb olurdu. O, modellərə yaxınlaşaraq söhbət edir və mahnı oxuyurdu.

Qonaqlara və modellərə modelyer Fəxriyyə Xələfovanın "Nuray" qadın ətri hədiyyə olunurdu.

Məlumat üçün bildirək ki, müsabiqə hər həftənin bazar ertəsi saat 22.30-da "Lider" televiziyasında keçirilir. Hər həftənin cümə axşamı və cümə günü 20 dəqiqəlik gündəliklər olur. Gündəliklərin aparıcısı peşəkar model İlqar Əliyev olacaq. Gündəliklərin çəkilişi müxtəlif məkanlarda, müxtəlif geyimlərdə modellərin fotosessiyaları, rəngarəng görüntüləri olacaq.

Layihənin baş sponsoru "Nissan - Azərbaycan" şirkəti, informasiya tərəfdaşı TREND Xəbərlər Şirkəti, Day.Az və Milli.Az xəbər portallarıdır.

"Azəri Top Model"lərin SMS seçiminə görə həftəlik siyahısı:

Rüstəmova Elvira
Eyyubova Diana
Əbilova Gülnar
Rizayeva Oksana
Ramazanova Nərminə
Arsentyeva Olqa
Əlizadə Ləman
Şevçenko Aleksandra
Cəfərova Maya
Əliyeva Çinarə
Allahverdiyeva Səbinə
Klimova Yuliya
Rzayeva Təranə
Həsənova Xana
Nəzərova Qərənfil

Fuad Mədətov
Milli.Az














































































































































































































































Foto: Vüsal Verdiyev