Ançelotti ilə danışıqlara başlanıldı

16 Noyabr 2017 20:30

İtaliya Futbol Federasiyası millinin yeni baş məşqçisi vəzifəsi üçün Karlo Ançelotti ilə danışıqlara başlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin yığmada işləməyə razı olduğu bildirilib. Ancaq hələlik tərəflər arasında razılıq əldə olunmayıb.

Qeyd edək ki, İFF yığmanın DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmamasından sonra Campyero Ventura ilə yolları ayırıb.

Xatırladaq ki, K.Ançelotti son olaraq "Bavariya"nı çalışdırıb. O, bu ilin sentyabrında istefaya göndərilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində