Konte Azarla David Luizi “Qarabağ”la oyuna saxlayır

16 Noyabr 2017 14:37

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Çelsi" Bakı səfəri öncəsi Premyer Liqanın XII turunda "Vest Bromviç"in qonağı olacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, London təmsilçisində heyətlə bağlı ciddi problemlər var. 

Belə ki, Premyer Liqa və Çempionlar Liqası matçları öncəsi 4 futbolçunun durumu baş məşqçi Antonio Konteni narahat edir. Bunlar Viktor Mozes, Mişi Batşuayi, Eden Azar və David Luizdi. İlk iki futbolçunun vəziyyəti daha ciddidi və onların "Vest Bromviç"lə qarşılaşmanı buraxacaqları dəqiqdi. Cütlüyün "Qarabağ"la görüşə yetişmək ehtimalları da azdı.

Həmçinin David Luizlə Azar da noyabrın 18-də "Vest Bromviç"lə görüşü buraxa bilərlər. Çünki Konte onları riskə atmayıb, "Qarabağ" və ardından Premyer Liqada "Liverpul"la keçiriləcək matça saxlamağı düşünür.

İspaniya yığmasının düşərgəsində olarkən yüngül xəsarət alan Alvaro Moratanın isə zədəsi tam sağalıb. Onun "Vest Bromviç"lə görüşdə ilk dəqiqələrdən meydanda olması gözlənilir.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində