Seks nadir hallarda ürək çatışmazlığına gətirib çıxarır - Alimlər

14 Noyabr 2017 22:20

Statistika iddia edir ki, seks zamanı və ya ondan sonra ürək çatışmazlığı kişilərdə qadınlardan daha çox baş verir.

Lakin ümumilikdə seksual fəallıq çox nadir hallarda ürək çatışmazlığına səbəb ola bilər. Los-Angeles-in Sedars-Sinai xəstəxanasının nəzdindəki Kardiologiya İnstitutunun tədqiqatçıları bu fikirdədirlər.

Onlar ürək çatışmazlığı ilə bağlı 4557 halı nəzərdən keçiriblər. Onlardan yalnız 34-ü seks zamanı və ya intim əlaqədən bir saat sonra baş verib.

Milli.Az BBC-yə istinadən bildirir ki, bu hadisələrin 32-si kişilərdə qeydə alınıb. Sedars-Sinai Kardiologiya İnstitutunun nümayəndəsi Sumit Chugh bu araşdırmanın ürək çatışmazlığı ilə seksual fəallıq arasında əlaqəni öyrənən ilk tədqiqat olduğunu söyləyib.

Araşdırmanın nəticələri Amerika Kardiologiya Assosiasiyasının qurultayında təqdim edilib.

Adətən ürək çatışmazlığı baş verən zaman insan dərhal huşunu itirir və nəfəsi dayanır. Ürəyi xaricdən masaj etmədən və süni nəfəs vermədən ölümcül nəticədən qaçmaq demək olar ki mümkün deyil.

Ürək çatışmazlığı infarktdan fərqlənir, buna səbəb isə ürəyin kifayət qədər qanla təchiz olunmamasıdır.

Seksual fəallığın infarkta gətirib çıxarması çoxdan məlumdur. Lakin bu günə qədər sekslə ürək çatışmazlığı arasında əlaqənin olub-olmadığı barədə məlumat yox idi.

Faktlar:

Mənbə.: Amerika Kardioloqlar Assosiasiyası

Sumit Chugh və onun həmkarları Oregon ştatının Portland şəhərində ürək çatışmazlığı keçirən (və ya bundan dünyasını dəyişən) yaşlı xəstələrin xəstəlik tarixçəsini araşdırıblar.

Bütün bu hallar 2002-2015-ci illərdə qeydə alınıb. Qeydə alınan halların yalnız 1%-i seksual fəallıqla bağlı olub.

Burada böyük əksəriyyəti isə orta yaşlı, Afrika-Amerika mənşəli, daha əvvəllər ürək-damar xəstəliklərdən əziyyət çəkən kişilər təşkil edib.

Tədqiqatçılar həmçinin aşkar ediblər ki, ziyan çəkənlərin yanında tərəf müqabillərinin olmasına baxmayaraq kardiopulmonal reanimasiyadan yalnız hadisələrin 30%-ində istifadə olunub.

Həkim Chugh-un sözlərinə görə, bu məlumatlar əhaliyə kardiopulmonal reanimasiya üsullarının öyrədilməsinin necə əhəmiyyətli olduğunu göstərir.

Digər araşdırmanın nəticələrinə görə, kardiopulmonal reanimasiya texnikasını hətta altı yaşlı uşaqları da öyrətmək olar.

Britaniyanın British Heart Foundation fondu ürək əməliyyatından və ya infarktdan sonra 6 ay müddətində seksdən kənar durmağı tövsiyyə edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin