Özündən 2 yaş kiçik "anasını" ödürdü: su quyusunda basdırdı - YENİLƏNİB - TƏFƏRRÜAT - VİDEO - FOTO

14 Noyabr 2017 11:43

11:43

Şamaxı rayonunda törədilən müəmmalı qətlin üstü açılıb.

Milli.Az-ın APA-ya istinadən xəbərinə görə, ötən gecə Şamaxı şəhərinin Azadlıq küçəsindəki 52 saylı mənzildə yaşayan 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızını öldürən şəxsin kimliyi məlum olub.

Hadisəni bir neçə il əvvəl vəfat etmiş ev sahibi Hacı Bağırovun birinci arvadından olan oğlu, 1957-ci il təvəllüdlü Rəhim Bağırovun törətdiyi müəyyənləşib. Bildirilir ki, qadın amansızlıqla qətlə yetirildikdən sonra meyiti yaşadığı evin həyətindəki köhnə su quyusuna atılıb. Qətlin izinin itirilməsi məqsədilə quyuya daş, torpaq və ağac qırıntıları tökülüb. Badam Bağırova Hacı Bağırovun ikinci arvadı olub və onunla birgə nikahdan bir övladı var. Məlumata görə, Hacı Bağırovun hər iki arvadı və övladları eyni həyətdə yaşayıb.

Badam Bağırovanın övladı dünən məktəbdən evə gəldikdən sonra anasını tapmayıb. O, axşama kimi anasını axtarıb və itkin düşməsi barədə polisə məlumat verib. Ötən gün axşam saatlarında Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları itkin düşən Badam Bağırovanın meyitini yaşadığı evin həyətindəki köhnə su quyusundan, torpağın altından çıxararaq müayinə üçün Respublika Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər.

Qətli törədən Rəhim Bağırov saxlanılaraq istintaqa təhvil verilib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, R. Bağırov daha əvvəl 8 il məhkumluq həyatı yaşayıb və bu yaxınlarda həbsxanadan çıxıb.

----------

09:33

Şamaxı şəhərində qətl hadisəsi baş verib.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, hadisə noyabrın 13-də baş verib. Şəhər sakini, 1958-ci il təvəllüdlü Bağırov Rəhim Hacı oğlu ögey anası, 1960-ci il təvəllüdlü Bağırova Badam Abduləli qızı ilə mübahisə edib. Mübahisə zəmnində R.Bağırov B.Bağırovanı qətlə yetirib. Daha sonra R.Bağırov ögey anasının meyitini gizlətmək məqsədilə yaşadıqları evin həyətindəki quyuya atıb və quyunu daşla doldurub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində qətl hadisəsinin üstü açılıb.

R.Bağırov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şamaxı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

8 il sonra azadlığa çıxan oğul özündən 2 yaş kiçik

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində