Ərəb dilində məqtəl - qətl yeri deməkdir. Dini ədəbiyyatda Kərbəla faciəsindən, İmam Hüseynlə (ə) silahdaşlarının şəhadətindən bəhs edən irihəcmli əsərlərə məqtəl deyirlər. Tarix boyunca müxtəlif dillərdə çoxlu məqtəllər yazılmışdır. Bunlarıln ən məşhuru II əsrdə yaşamış Əbu Mixnəf Lut ibn Yəhyanın qələmə aldığı məqtəldir. Əbu Mixnəfin məqtəli Kərbəla faciəsi barədə ilk mötəbər mənbələrdən sayılır.
Milli.Az islam.az-a istinadən bildirir ki, amma kitab tarixdə itib-batdığı üçün yalnız başqa müəlliflərin, o cümlədən, tarixçi Təbərinin ondan rəvayət etdikləri fraqmentlər qalıb. Digər məqtəllər içində Seyyid ibn Tavusun "Məhluf", Vaiz Kaşifinin "Rövzət əl-şühəda" əsərləri məşhurdur. Azərbaycan dilində ən gözəl məqtəl nümunəsini Füzuli qələmə almışdır (Hədiqət əl-süəda). Bəzi ölkələrdə məqtəl oxuna ənənəsi mövcuddur. Məhərrəm ayında camaat bir yerə yığışır və bir nəfər (bəzən bir neçə nəfər növbə ilə) məqtəl kitablarından birini oxuyur.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin