PSJ Konte ilə maraqlanır

10 Noyabr 2017 11:05

PSJ "Çelsi"nin baş məşqçisi Antonio Konte ilə maraqlanır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanın hazırkı çalışdırıcısı Unai Emeri Paris təmsilçisini Çempionlar Liqasının yarımfinal mərhələsinə çıxarmayacağı təqdirdə, klub rəhbərliyi Konte ilə danışıqlara başlayacaq. İtaliyalı mütəxəssisin PSJ-yə keçidi 2018-ci ilin yayında reallaşa bilər.

Qeyd edək ki, A.Konte 2016-cı ildən "Çelsi"ni çalışdırır. Britaniya mətbuatı son zamanlar Konte ilə klub rəhbərliyi arasında fikir ayrılıqları yarandığını iddia edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində