Biz həmişə bu fikirdə olmuşuq ki, LTE bütün mobil infrastruktur bazarını canlandıracaq və bu, hazırda baş verir. 2014-cü ildə LTE seqmentində mədaxil 2013-cü illə müqayisədə 69 faiz artıb, - şirkətin aparıcı analitiki Stefan Teral deyib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, ötən il 4G/LTE mobil infrastruktur üçün avadanlığın satışından 22 milyard dollar, 2G/3G şəbəkələrindən 25 milyard dollar qazanc əldə olunub.
Bununla yanaşı, analitiklər güman edirlər ki, LTE şəbəkələrinin tikinti miqyası artıq ən yüksək həddə çatıb. Bu səbəbdən 2016-cı ildən bazar 5G-nin tətbiqinədək davam edəcək uzunmüddətli tənəzzül dövrünə daxil olacaq.
Infonetics-in proqnozuna görə, 2019-cu ildə mobil infrastruktur (2G/3G/4G) üçün avadanlıq bazarının ümumi həcmi 2014-cü ildəki 47 milyard dollardan 27 milyard dollaradək azalacaq.
Milli.Az