İOS 11 yenilənməsi təqdim olunduqdan sonra iPhone-larda WhatsApp-la bağlı bildiriş problemləri yaranıb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, smartfonlarda WhatsApp-dan ekranı sürüşdürərək çıxdıqda hər hansı mesaj gəldikdə bu barədə bildiriş gəlmir və ya gecikir. Əgər mesajların gecikməsini istəmirsinizsə, WhatsApp proqramını bağlamayın.
Əks təqdirdə WhatsApp-dan belə bir xəbərdarlıq ediləcək:
"WhatsApp proqramını sürüşdürmə üsulu ilə bağlamağınız sizə vaxtında bildiriş göndərilməsinə mane ola bilər".
Emin
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində