"Çempionlar Liqasında bizə bir qələbə lazımdı"

7 Noyabr 2017 23:21

"Mövsüm elə də uğursuz keçmir. Ancaq "Roma"ya məğlubiyyət çox pis oldu".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante deyib.

Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda yer alan London klubu növbəti oyununu noyabrın 22-də Bakıda "Qarabağ"a qarşı keçirəcək. Fransalı yarımmüdafiəçi son qarşılaşmada "Roma"ya böyük hesabla (0:3) məğlub olmalarına baxmayaraq, 1/8 final şanslarının davam etdiyini söyləyib: "Roma"ya yenilsək də, Çempionlar Liqasında növbəti mərhələyə adlamaq üçün bizə cəmi 1 qələbə lazımdı. Çempionatda isə "Mançester Yunayted" üzərindəki qələbədən sonra bu seriyanı davam etdirməyə çalışacağıq".

Uzunmüddətli zədədən yenicə qayıdan və "Mançester Yunayted"lə görüşdə iştirak edən Kante hələ də özündə qorxu hiss etdiyini vurğulayıb: "İndi mənə özünəinam lazımdı. Çünki belə zədədən sonra meydanda bir növ qorxaraq oynayırsan. Ancaq birhəftəlik hazırlıq və bir oyundan sonra özünəinamım artdı. Döndüyüm üçün sevinirəm. Futbolçu uzun müddət kənarda qalanda stressli anlar keçirir. Kənarda qalmaq qəribə hissdi. Belədə seyrçi rolunu oynayırsan, komandana kömək edə bilmirsən və yalnız yoldaşlarına uğurlar arzulaya bilirsən".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində