"Bu cür adamlarla görüşmək istəmirəm" - "Neftçi"nin futbolçusu

6 Noyabr 2017 18:06

"Neftçi"nin müdafiəçisi Kirill Petrov Topaz Premyer Liqanın 11-ci turunda "Zirə"yə uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında çıxış edib.

Milli.Az xəbər verir ki, qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqi təqdim edir:

- Gərgin keçən oyun haqda fikirlərini öyrənək...
- Biz oyunun sonuna kimi hücum etməyə çalışdıq. Ancaq "Zirə" antifutbol oynadı. Cəmi bir səhv bizə baha başa gəldi və uduzduq.

- Bir müdafiəçi kimi bu qolda özünü nə dərəcədə günahkar hesab edirsən?
- Topun istiqamətini düzgün hesablamadım və tez tullandım. Məndən əvvəl meydanın mərkəzində də səhv olmuşdu. Ancaq əsas səhv məndədir.

- İkinci hissədə komanda yoldaşlarınla  sanki bir gərginlik  yaşadın. 
- Sadəcə, emosiyanal idik. Oyundan sonra belə şeylər heç yada düşmür. Biz meydanda və ondan kənarda bir ailə kimiyik. Oyun zamanı belə hallar olur.
 
- Ardıcıl 4 qələbədən sonra liderlərlə qarşılaşırsınız. Birini uduzdunuz. Bundan sonra nə olacaq?
- Biz bu gün məğlub olsaq da, oyun baxımından rəqibdən geri qalmadıq. Gələcək oyunlarda da çalışacağıq ki, yaxşı çıxış edək və lazımi nəticəni qazanaq.

- Son dəqiqələrdə Milan Duriçlə aranızda nə baş verdi?
- Mən qaydalar çərçivəsində - topa oynadım. Ancaq "Zirə"nin balkanlı oyunçuları üstümə qışqırdılar. Mən də ona dedim ki, niyə qışqırırsan?

- Oyundan sonra o səninlə görüşmək istəsə də, bundan imtina etdin...
- Biz hamımız eyni işi görürük. Ancaq bəzi futbolçular təxribatla məşğuldular. Bu cür adamlarla görüşmək istəmirəm.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində