"Şəhərlilər"in sevindi, "şeytan"lar itirdi

20 Dekabr 2014 21:08
İngiltərə Premyer Liqasında XVII turun oyunlarına start verilib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, turun açılış matçında "Mançester Siti" "Kristal Pelas"ı qonaq edib.

"Şəhərlilər" 3 xalı 3 cavabsız qolla qazanıb - 3:0.

"Mançester Yunayted" səfərdə "Aston Villa" ilə üz-üzə gəlib. Hərəyə 1 qol vuran tərəflər sülhə razılaşıb.

Tura dekabrın 22-də "Stok Siti" - "Çelsi" görüşü ilə yekun vurulacaq. 

İngiltərə Premyer Liqası

XVII tur

20 dekabr
 

"Mançester Siti" - "Kristal Pelas" - 3:0

Qollar: David Silva, 49; 61, Ture, 81

"Aston Villa" - "Mançester Yunayted" - 1:1

Qollar: Benteke, 18 - Falkao, 53

"Hall Siti" - "Suonsi" - 0:1

Qol: Ki Sunq-Yonq, 15

KPR - "Vest Bromviç" - 3:2

Qollar: Austin, 24-pen; 49; 86 - Leskott, 10, Varela, 20

"Sautqempton" - "Everton" - 3:0

Qollar: Lukaku, 38-avtoqol, Pelle, 65, Yoşida, 82

"Tottenhem" - "Bernli" - 2:1

Kin, 21, Lamela, 35 - Barnes, 27

"Vest Hem" - "Lester" - 2:0

Qollar: Karroll, 21, Dauninq, 56

21dekabr
 

17:30 "Nyukasl" - "Sanderlend"

20:00 "Liverpul" - "Arsenal"

22 dekabr
 

00:00 "Stok Siti" - "Çelsi".
 

Milli.Az