WhatsApp-ı sevgilisi tərəfindən bloklanan bir mühəndis çökdürüb - ŞOK İDDİA - FOTO

4 Noyabr 2017 11:30

1 milyarddan çox istifadəçisi olan WhatsApp-ın 3 ay ərzində iki dəfə çökməsindən sonra Facebook araşdırmaya başlayıb. Bu qısa müddətlik "rəqəmsal faciə" ilə bağlı zarafatlar da sosial şəbəkədə sürətlə yayılmağa başladı.

"WhatsApp" işini bərpa etdi - YENİLƏNİB

Braziliyadan Rusyaya, Türkiyədən Vyetnama qədər bir çox ölkədə xidmət çökərkən, Twitter-də "#Whatsappdown" heşteqi trend oldu.

Təxminən 30 dəqiqə boyunca WhatsApp dayandı. Bəzi ölkələrdə isə bu müddət 22 saata qədər çəkdi. 

Milli.Az xəbər verir ki, WhatsApp-ın niyə çökdüyü ilə əlaqədar olaraq Sinqapurdakı Facebook sözcüsü Reuters-ə açıqlama verib və olayı araşdırmağa davam etdiklərini bildirib. 

Məşhur sosial şəbəkə kəsintilərini təqib edən DownDetector internet portalının məlumatın görə, istifadəçilərin yüzdə 38-ində mesaj problemi olub.

"Hammımız öləcəyik" GIF-ləri Twitter-də sürətlə yayılıb. Bu məqamda Twitter-də sürətlə yayılan bir iddia diqqət çəkib. Bir istifadəçi WhatsApp-ın çökməsinin səbəbinin sevgilisi tərəfindən WhatsApp-da bloklanan hindistanlı mühəndisin təxribatı olduğunu yazıb.

WhatsApp-ın çökməsi sosial şəbəkədə "rəqəmsal qiyamət" təəssüratı yaratıb.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində