Serdar Ortaç: "Ebru mənim kişi olduğumu görəndə çox təəccüblənmişdi" - FOTO

2 Noyabr 2017 14:32

Türkiyənin məşhur müğənnisi Serdar Ortaç "Pal fm"də qonaq olub. O, aparıcının və tamaşaçıların suallarını cavablandırıb.

Milli.Az Haberler-ə istinadla bildirir ki, canlı yayım zamanı şəxsi həyatından danışan Serdar Ortaç aparıcı ilə Ebru Gündeşlə tanışlığı barədə də söhbət edib. O, açıqlamasında Ebru Gündeşin əvvəllər onu qadın zənn etdiyini söyləyib.

"1993-cü il idi, heç yadımdan çıxmaz. O vaxtlar rəhmətlik Kayahandan müsahibə alırdım. Bu vaxt da Ebru Gündeş radiodan mənim səsimə qulaq asıb, "bu qadın kimdir? Gedib görmək lazımdır" deyib. Məni görmək üçün radioya gəlib. Kişi olduğumu görəndə çox təəccüblənmişdi"

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində