3 kiloqram narkotika tutuldu
24 Mart 2010 13:42
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, Tovuz sakini Natiq Əzizovdan 3 kiloqram marixuana aşkar edilərək götürülüb. O, DİN Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən "iş" başında - marixuananı satarkən yaxalanıb.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az