Ana həmişə, hər yerdə anadır - VİDEO - FOTO

2 Noyabr 2017 19:18

Analıq duyğusu qadınlarla yanaşı, təbiətdəki heyvanlarda, digər məxluqlarda da çox güclüdür.

Bunu dünən yaşanan olay bir daha sübut edib.

Milli.Az ABC-yə istinadən bildirir ki, ABŞ-ın İndiana ştatındakı Saut-Bend şəhərində yerləşən "Potawatomi Zoo" zooparkında hamilə Nataşa pələnglərin saxlandığı volyerin qarşısında durmuşdu.

Hamiləliyin 27-ci ayında olan Nataşa smartfonunu çıxararaq yırtıcılarla selfisini çəkməyə hazırlaşırdı.

Volyerdə balaları ilə dolaşan dişi pələng də vardı.

Dişi pələng Nataşanı görəndə volyerin şüşəsinə yaxınlaşıb, başını şüşəyə söykəyib, sonra isə Nataşanın qarnını "yalamağa" başlayıb.

Yaşananları Nataşanın rəfiqəsi Brittani Smit-Osborn çəkib və sosial şəbəkələrdə paylaşıb.

Video ildırım sürətilə populyarlaşıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ana həmişə, hər yerdə anadır

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin