Piyada yol qəzasında öldü

24 Mart 2010 12:51

Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Babək prospektində paytaxt sakini Ramin Bəşirli idarə etdiyi "VAZ-2106" markalı maşınla Keşlə qəsəbə sakini Sona Nağıyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az