Bu gün metroda qarşılaşdığı kişini qatarın altına atan qadının məhkəməsi keçirilib.
Milli.Az Britaniya mediasına istinadla bildirir ki, 2 uşaq anası olan qadına 5 illik həbs cəzası verilib. Charissa Brown-Wellington (Karisa Braun Vellinqton) adlı 31 yaşlı qadın Mançesterdəki Viktoriya stansiyasında qarşılaşdığı Phillip Carteri (Filip Karter) qatarın altına atıb, ölümünə səbəb olduğuna görə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Braun stansiyada ona baxan Filipi əvvəlcə söyüb, sonra da "nə baxırsan sifətimə?" deyərək onu itələyib. Filip relslərin üzərinə düşüb. O, relslərin üzərindən qalxa bilməyib və platformaya çatan qatarın altında can verib.
Filipin ölümündən sonra Braun saxlanılıb. Məlum olub ki, o, oğlanı itələyən zaman içkili olub.
Milli.Az onların şəkillərini təqdim edir:
Emin
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində