Bir gündə 3 həkim intihar etdi - Yorğunluqdan - FOTO

1 Noyabr 2017 12:59

Türkiyədə bir gündə 3 intihar hadisəsi baş verib.

Milli.Az Hürriyet-ə istinadla bildirir ki, intihar edənlərin 3-ü də həkimlik ixtisası üzrə təhsil alıb. Onlardan ikisi həkim, biri isə tibb universitetinin tələbəsidir.

Ötən gün baş verən bu olay sosial şəbəkədə Türkiyənin ən çox müzakirə edilən məsələsi olub. İstifadəçilər öz rəylərində çox işləməyin intihara sürüklədiyini qeyd ediblər.

Qeyd edək ki, ötən gün 28 yaşlı Dr. Ece Ceyda Güdemek 9-cu mərtəbədən atlayaraq intihar edib. Tələbə Yağmur Çavuşoğlu da eyni şəkildə canına qəsd edib. Cərrah Engin Karakuş isə özünü asaraq intihar edib. Onlar özlərinə qəsd etməzdən öncə yorğun olduqlarını bildirən qeyd də qoyublar.

Milli.Az intihar edənlərin fotolarını təqdim edir:

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində