Rusiyada keçirilən opera müsabiqəsində muğam ifa olundu - VİDEO

1 Noyabr 2017 12:14

Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı İlham Nəzərov Rusiyada keçirilən "Böyük Opera" layihəsində iştirak edib.

Milli.Az APA-ya istinadla xəbər verir ki, beşinci mövsümün iştirakçılarından biri olan İlham Nəzərov əvvəlcə G.F.Hendelin "Yuli Sezar Misirdə" operasından ariya ifa edib. Vokalçının səsi həm bariton, həm də kontratenor tembrlərinə uyğundur. Bu isə ifaçılıqda nadir hallardan sayılır. Aparıcıların da, münsiflərin də diqqətini elə bu məqam cəlb edib. Onlar İlham Nəzərovdan Azərbaycana məxsus melodiyalardan birini ifa etməyi xahiş ediblər. O isə muğam səsləndirib. Vokalçı bütün münsiflərin müsbət rəyini qazanaraq növbəti mərhələyə keçib.

Qeyd edək ki, İlham Nəzərov Azərbaycanda kontratenor səs tembrinə malik ilk azərbaycanlı vokalçıdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rusiyada keçirilən opera müsabiqəsində muğam ifa olundu

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində