"My Broker"dən Azərbaycan-Yaponiya əməkdaşlığına dəstək - FOTO

31 Oktyabr 2017 13:05

Azərbaycanda Yaponiya mədəniyyəti və məhsullarının tanıtımı keçirilib.

Bakı Biznes Mərkəzində Yapon Məhsulları Sərgisi ("Japan Food Expo-2017") keçirilib. 

Yaponiyanın "Connect Corporation Co" LTD şirkətinin təşəbbüsü və "MyBroker" Gömrük Təmsilçiliyinin dəstəyi keçirilən sərgidə Yaponiyanın 60-dan cox şirkətinin 2000-dən çox məhsulu nümayiş etdirilib. 

Sərgidən əvvəl Yaponiyanın Komatsu şəhərindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təyyarə ilə 5 tondan artıq məhsul göndərilib. Nümayiş etdirilən eksponatlar qida və kosmetika məhsulları, geyim əşyaları, Yaponiyanın mədəniyyətini özündə əks etdirən suvenirlər olub. Sərgidə iştirak edən Yaponiya şirkətlərinin nümayəndələrindən bəziləri Azərbaycanda yerli nümayəndəliklərini açmaq niyyətində olduğunu və bu ölkəyə investisiya yatırmağa maraq göstərdiklərin bildiriblər.

Qeyd edək ki, yaxın gələcəkdə Yaponiyada Azərbaycan mədəniyyəti və məhsullarının sərgilənməsi də planlaşdırılır.

"MyBroker" Gömrük Təmsilçiliyi Azərbaycanla Yaponiya arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsi üçün təşkilatçılıq və dəstəyini davam etdirəcək.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində