12 yaşlı qız sinif yoldaşlarına çılpaq şəkillərini göndərdi, saxlanıldı - FOTO

31 Oktyabr 2017 13:47

İngiltərənin Viltşir qraflığındakı məktəblərin birində oxuyan 12 yaşlı qız sinif yoldaşlarına çılpaq şəkillərini göndərdiyinə görə polis bölməsinə aparılıb.

Milli.Az The Sun-a istinadla bildirir ki, çılpaq şəkillərlə bağlı qızın və dostlarının ifadəsi alınıb. Ortada cinayət olmadığına görə qız və oğlan sinif yoldaşları sərbəst buraxılıb.

Məlum olub ki, uşaq şəkilləri sinif yoldaşlarına öz istəyi ilə göndərib. Uşaq evə buraxılsa da, o, bu hərəkətinə görə psixoloji dəstək alacaq.

Bu məsələ valideynlər arasında narahatlıq doğurub. Polislər valideynləri az yaşlı uşaqlarını sosial şəbəkələrdən uzaq tutmağa çağırıblar. Qeyd olunub ki, belə hərəkətlər uşaq zorakılığı hallarının artmasına səbəb ola bilər.

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində