Yanğın onlarla insanın həyatına son qoydu

24 Mart 2010 12:04
"Times Of India" xəbər verir ki, hadisə şəhərin tarixi binalarından birində qeydə alınıb. 150 il əvvəl tikilmiş 7 mərtəbəli binada əsasən restoranlar və ofislər yerləşirmiş. İlkin məlumata görə, yanğın nəticəsində 24 nəfər həlak olub, daha 20 nəfər yaralanıb. 29 nəfər isə itkin düşmüş hesab olunur.

Yanğının səbəbləri haqda məlumat verilmir.

Milli.Az